Alan Rikman

Alan Rikman
ing. Alan Rickman
Alan Rikman 2011-ci ilin noyabrında Con Qolden Teatrında seminardan sonra
Alan Rikman 2011-ci ilin noyabrında Con Qolden Teatrında seminardan sonra
Doğum adı Alan Sidni Patrik Rikman
Doğum tarixi
Doğum yeri London, Birləşmiş Krallıq[3]
Vəfat tarixi [1][2] (69 yaşında)
Vəfat yeri London, Birləşmiş Krallıq
Vəfat səbəbi Xərçəng xəstəliyi
Milliyyəti ingilis
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Həyat yoldaşı Rima Horton (2012-2016)
Fəaliyyəti aktyor, rejissor, film prodüseri, ssenari müəllifi
Fəaliyyət illəri 1978-2016
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (19721974)[4]
İstiqamət dram, fantaziya, macəra, komediya
Tanınma səbəbi Severus Sneyp
Mükafatları "Qızıl Qlobus Mükafatı" (1997)
"Emmi mükafatı" (1996)
BAFTA (1992)
IMDb ID0000614
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[5][6][…]14 yanvar 2016[7][8][…], London[9]) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir.

Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır.

1995-ci ildə "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, EmmiEkran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır.

Aktyor Tom Byörkun xaç atasıdır.[10] Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.[11]

  1. "Alan Rickman, giant of British film and theatre, dies at 69". The Guardian. 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2016.
  2. "Actor Alan Rickman 'dies aged 69'". BBC News. 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2016.
  3. Alan Rickman Biography Arxivləşdirilib 2017-12-14 at the Wayback Machine, biography.com, İstifadə tarixi:14 yanvar 2016
  4. 1 2 Alan Rickman (ing.). Royal Academy of Dramatic Art.
  5. Alan Rickman // Internet Broadway Database (ing.). 2000.
  6. Alan Rickman // Encyclopædia Britannica (ing.).
  7. Alan Rickman, giant of British screen and stage, dies at 69.
  8. Alan Rickman dies at 69 due to cancer (fr.). 2016.
  9. Alan Rickman, giant of British screen and stage, dies at 69.
  10. Relative Values: Little did I know my boy would become a Musketeer Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, thesundaytimes.co.uk; accessed 14 yanvar 2016.
  11. Bernstein, Adam. "Alan Rickman, actor who brought dynamic menace to 'Die Hard' and 'Harry Potter,' dies at 69". The Washington Post (ingilis). 14 January 2016. ISSN 0190-8286. 14 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2016.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy